11:37, 07 Noyabr 2018 (Çərşənbə) 106

"Heyvanlara qarşı rəhmsiz münasibət yolverilməzdir" - Nazirlik

"Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumatda belə deyilir.

"ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Nazirlik sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır: "Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb” - Nazirlik bildirib.