12:23, 18 Fevral 2019 (Bazar ertəsi) 345

Himnin başqa dildə oxunması qanunla qadağan edilir

Himnin başqa dildə oxunması qanunla qadağan edilir
Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.

Bu, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.

Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.

Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Report