21:28, 14 İyul 2019 (Bazar) 233

Hollandiyadan deportasiya olunan azərbaycanlı həbs olundu

Hollandiyadan deportasiya olunan azərbaycanlı həbs olundu
İyulun 13-ü Hollandiyadan Azərbaycana deport olunan Azərbaycan vətəndaşı Natiq İsbatova 30 gün həbs verilib. 

Bu barədə iyulun 14-də qardaşı Anar İsbatzadə feysbuk sosial şəbəkəsində məlumat yayıb. 

Anar İsbatzadə onun xaricdə "aktivistlik” etdiyinə görə həbs olunduğunu qeyd edərək, həmçinin bu həbsin Orduxan Teymurxanla bağlı olmadığını vurğulayıb: "Dəyərli dostlar, ictimai fəallar, jurnalistlər, xahiş edirəm, Natiq İsbatovun Bakıda həbs olunmasını Orduxan Teymurxan bəylə əlaqələndirməyəsiniz. Siyasi fəal olmaq və Respublikadakı qanunazidd əməllərə etiraz etmək vətəndaş olaraq hər bir insanın öz məsuliyyətidir. Mənim Natiq bəylə bu barədə söhbətim olub. Hələ o fəaliyyətə başlamadan öncə onu gözləyən aqibəti bilirdi”.

Natiq İsbatov Hollandiyada aktiv siyasi-ictimai fəaliyyət göstərib, keçirilən əksər mitinqlərdə iştirak edib. Hollandiyadan Azərbaycana deport olunandan sonra iyulun 13-ü Azərbaycana qayıdıb və bir müddət ailəsi ondan xəbər ala bilməyib. 

Ailəsi Daxili İşlər Nazirliyinə onun yoxa çıxması ilə bağlı məlumat verib. 

Bu gün isə həbs olunması xəbəri yayılıb.
 
Şəhla Abbas