10:35, 17 İyun 2019 (Bazar ertəsi) 55

Honkonqda 2 milyon insan etiraz aksiyasına çıxıb

Honkonqda 2 milyon insan etiraz aksiyasına çıxıb


/ DÜNYA
Çinin xüsusi inzibati rayonu olan Honkonqda iki milyona yaxın etirazçı küçələrə çıxıb.

Bu barədə "CNN" məlumat yayıb.

Polisin qiymətləndirməsinə görə, ilkin marşrut üzrə 338 min insan hərəkət edib. Həmçinin təşkilatçılar iddia edirlər ki, ümumilikdə iki milyona yaxın etirazçı olub.

Eyni zamanda qeyd olunur ki, etirazçılar nümayişlərin hökumət ekstradisiya haqqında qanunu tam olaraq geri götürməyincə, həbs olunmuş etirazçıları azad etməyincə və onların üzərindən ittihamı götürməyincə, eləcə də, baş katib Kerri Lemi istefaya getməyə məcbur etməyincə davam edəcəyini bildiriblər.