14:51, 17 Oktyabr 2019 (Cümə axşamı) 502

Hulusi Akar: “Türkiyə ordusunun inventarında kimyəvi silah yoxdur”

Hulusi Akar: “Türkiyə ordusunun inventarında kimyəvi silah yoxdur”


/ DÜNYA
"Terrorçular kimyəvi silahdan istifadə edib suçu Türkiyə Silahlı Qüvvələrinin üstünə atmağa çalışacaqlar".

NTV telekanalının verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hərbi əməliyyatların aparıldığı bölgədə yaşayan mülki insanların, habelə tarixi, mədəni və dini abidələrin zərər görməməsinə diqqət göstərilir.
 
Nazir Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silahın olmadığını da bəyan edib.

"Türkiyə Silahlı Qüvvələrinin arsenalında kimyəvi silahın olmadığı hamıya məlumdur. Biz, sadəcə, ölkəmiz və millətimizin təhlükəsizliyi üçün deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, assorilər, xristianlar, aramilər, yezidilər, keldanilər kimi başqa din və etnik qrupların da təhlükəsizliyinə çox böyük əhəmiyyət veririk”., - deyə o vurğulayıb.