22:48, 17 Oktyabr 2020 (Şənbə) 161

Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdılar

Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdılar
Azərbaycan və Ermənistan oktyabrın 18-də yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.
Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir.

Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir.

Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb. Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.