Siyasət

Hüquq müdafiəçisi Baş Prokurorluğa çağrılıb

13 May, 2019
341
Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 13-də Baş Prokurorluğa çağrılıb.

Bu barədə öz "Facebook” hesabında məlumat yayan hüquq müdafiəçisi məqsədin onları susdurmaq olduğunu deyir:
"İstəyirlər ki, xalqımızın başına gətirilən müsibətlərdən, fəlakətlərdən danışmayaq. Dinc, günahslz insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Haqqı-hüququ tapdanan insanları müdafiə etməyək.

Neçə vaxtdır ki, ətrafımda olan halqanı daraldırlar. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən mənə xəbər göndərir, təzyiq edirlər ki, susum. Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə, dəhşətə gəlirəm və susmaq fikrində deyiləm. Sonu nə olursa olsun..."

Bundan öncə hüquq müdafiəçisi Daxili İşlər Nazirliyinə (DİN) çağrılmışdı.
"Deyəsən bu dəfə "cinayət əməllərimi" prokurorluq araşdırır. Varsa araşdırsınlar, mənim etirazım yoxdur. Amma prokurorluq yaxşı olar ki, öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin"- deyə, Oqtay Gülalıyev bildirib.

Əbülfət Baxşəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo