Siyasət

Hüquqşunasın işinə Ali Məhkəmədə baxılacaq

20 May, 2019
374
Ali Məhkəmə hüquqşünas Yalçın İmanovun şikayəti üzrə proses təyin edib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi ilkin baxış zamanı 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddianı icraata götürməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.

Hüquqşünas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Çəkişmə zamanı Yalçın İmanov Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının qərarının surətinin ona təqdim olunmadığını bildirib. Vəkillər Kollegiyasının nümayəndəsi isə vəsatət qaldıraraq bildirib ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Hakim bu vəsatəti təmin edib, fevralın 13-də iddiaya baxışı dayandırıb.

Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutan Yalçın İmanov bu qərardadın ləğvini istəyib. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərar aprelin 2-də çıxarılıb.

Yalçın İmanov bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayətinə iyulun 2-də baxılacaq. Prosesə sədrlik hakim Xaqani Məmmədova həvalə olunub.

Novator.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo