09:49, 18 Oktyabr 2019 (Cümə) 826

Hüseyn Məlik həbs olundu - YENİLƏNİB

Hüseyn Məlik həbs olundu - YENİLƏNİB
Hüseyn Məlik polis əməkdaşları tərəfindən bir neçə saat saxlanılaraq sərbəst buraxılıb.
 
Bunu barədə Qubad İbadoğlu öz feysbuk səhifəsində yazıb.
 
Həmçinin Hüseyn Məlik də öz feysbuk səhifəsində sərbəst buraxıldığını bildirib: "Artıq evdəyəm. Narahat olan dostlara təşəkkür edirəm və hamını 19 oktyabr saat 15 -də Milli Şuranın 28 may metrosunun qarşısında keçirəcəyi mitinqə dəvət edirəm. Mitinqdə iştirak hər kəsin vicdan borcudur."

Azərbaycan  Demokratiya və Rifah(ADR) Hərəkatının üzvü Hüseyn Məlikin həbs olunduğu bildirilir.

Bu barədə ADR-in sədri Qubad İbadoğlu öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə,  bu gün saat 18:30-da ADR-nin İdarə Heyətinin  üzvü Hüseyn Məlik evinin qarşısında heç bir səbəb göstərilmədən polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis  İdarəsinə aparılıb.

"Hazırda onun telefonuna  zəng çatmır və onunla  hər hansı  bir vasitə ilə əlaqə yaratmaq mümkün deyil”, - Qubad İbadoğlu bildirib.

Hüseyn  Məlikin Milli Şuranın  19 oktyabrda keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı  saxlanılması güman edilir.

Sədr ADR  Hərəkatı olaraq Hüseyn Məlikin  həbsini qanunsuz hesab edir, onun dərhal azadlığa buraxılmasını tələb etdiklərini deyib.

Elmar Əziz