13:18, 02 Aprel 2020 (Cümə axşamı) 235

İbrahim Məmmədov sosial yardımla bağlı məlumat verdi

İbrahim Məmmədov sosial yardımla bağlı məlumat verdi
"Sosial yardımlarla bağlı hamı öz mülahizələrini söyləyir. Sosial ödənişlərə bağlı təkliflər irəli sürülür".

"Report"un məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hələ son qərar yoxdur:

"Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsi istiqamətində olacaq. İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil".