16:32, 27 Noyabr 2019 (Çərşənbə) 64

İcra başçısı qəzalı bina ilə bağlı Baş Nazirə müraciət edib

İcra başçısı qəzalı bina ilə bağlı Baş Nazirə müraciət edib
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş Nazirə müraciətinə baxılıb. Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb", - deyə İ.Məmmədov vurğulayıb.