20:14, 18 İyul 2019 (Cümə axşamı) 85

İcra Hakimiyyəti mitinqə icazə vermədi

İcra Hakimiyyəti mitinqə icazə vermədi
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Hərəkatına (AXH) mitinq-yürüş keçirməyə icazə verməyib.

Bu barədə təşkilatçılardan Rza Səfərsoy öz feysbuk hesabında yazıb. 

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti iyulun 20-nə planlaşdırdıqları mitinq-yürüşü məqsədəuyğun hesab etməyib.

İyulun 10-da AXH mitinq-yürüş keçirilməsi ilə bağlı qərar verdiyini açıqlamışdı.

Qurum öncə mayın 25-də də mitinq keçirmək istəyirdi. Əsasən "Qarabağa azadlıq" şüarı ilə keçirilməsi planlaşdırılan aksiya BŞİH ilə razılaşdırılmadığından təxirə salınmışdı. 

Təşkilatçıların bildirməsinə görə, şəhər rəhbərliyinin cavabında qeyd edilib ki, bu münaqişənin həlli ilə ən yüksək səviyyədə məşğul olunduğundan aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmirlər.

Əbülfət Baxşəli