19:21, 17 Aprel 2019 (Çərşənbə) 205

İcra Hakimiyyəti mitinqi məqsədəuyğun hesab etməyib

İcra Hakimiyyəti mitinqi məqsədəuyğun hesab etməyib
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 20-nə təyin etdiyi mitinqi məqsədəuyğun saymayıb. 

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Milli Şura aprelin 6-da mitinq keçirmək barədə qərar qəbul etmişdi. Mitinqin siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblərlə keçiriləcəyi bildirilmişdi.

Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.

Turan İA