20:49, 08 İyun 2019 (Şənbə) 72

İcra hakimiyyəti naşirin iradına reaksiya verib

İcra hakimiyyəti naşirin iradına reaksiya verib
Bakı şəhər İcra Hakimiyyətindən naşir Şahbaz Xuduoğlunun iyunun 7-də sosial şəbəkələrdə etdiyi narazılığa reaksiya verilib.

Bu barədə Şahbaz Xuduoğlu "Facebook” hesabında məlumat yayıb.

Şahbaz Xuduoğlu bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kitab yarmarkasına icazə verməməsi barədə paylaşımından sonra qurumun mətbuat xidmətindən ona zəng edilib: "Mətbuat xidmətindən bildirdilər ki, Eldar Əzizovun adından sui-istifadə edirlər. "Eldar müəllimin kitaba böyük hörməti var və yarmarkaların keçirilməsinə heç bir qadağa ola bilməz. Operativ reaksiyaya görə icra hakimiyyətinə, şəxsən Eldar müəllimə təşəkkürümü bildirirəm".
 
 
Şahbaz Xuduoğlu 

İyunun 7-də "Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu bildirmişdi ki, ona kitab yarmarkası keçirməyə icazə verilmir: "Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət Departamenti öncə bizim yazılı müraciətimizə cavab olaraq bildirdi ki, Formula-1 yarışları ilə əlaqədar yarmarkaların keçirilməsi məqsədəuyğun deyil. Sonra Avropa Liqası bəhanəsilə imtina etdilər. İndi də heç cavab vermirlər. Ticarət Departamentindən nəşriyyatın əməkdaşlarına şifahi şəkildə bildiriblər ki, yarmarkaya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icazə vermir”.

Əbülfət Baxşəli