Siyasət

İctimai fəal: "İlham Əliyev bir dəfə də yumruğunu özü və ətrafı üçün qaldırsın..."

14 Yanvar, 2021
1270
FOTO: Sosial media
 
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə "Azərkimya” İstehsalat Birliyinin işçiləri əmək haqqlarının 10%-ni "YAŞAT” fonduna köçürüb. 

Köçürülən ianənin həcminin və nə qədər könüllü olması barədə isə məlumat verilməyib.

Həmkarlar İttifaqının sədri Cahangir Əliyev "Mikroskop Media"ya açıqlamasında bildirib ki, maaşlardan 10%-lik hissənin "YAŞAT" fonduna  köçürülməsini onlar qərarlaşdırıb.

"Amma yenə də kimsə ianə etmək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm, pul vermək istəmirəm. Hansısa işçi buna etiraz edirsə, mənimlə danışsın", - deyə o bildirib. 

"Toplum TV" Həmkarlar İttifaqının sədrinin açıqlamasına münasibət öyrənib.

"Mərkəzi Banka ayrılan pulla bütün şəhid və qazi ailələrini ən yüksək səviyyədə təmin etmək olardı"
 
İctimai fəal İlkin Rüstəmzadə təşkilatın nümayəndəsinin belə bir açıqlama verməsini yalançı vətənpərvərlik adlandırıb:

"Birincisi həmkarlar ittifaqının nümayəndəsinin belə bir açıqlama vermək, daha doğrusu, belə bir addım atmaq kimi səlahiyyəti yoxdur. Yəni işçiləri nəyəsə zorla məcbur eləsin. İkincisi, o açıqlamanın mətni başdan-ayağa saxta vətənpərvərlik qoxan bir mətindir. Ümumiyyətlə, aydın məsələdir ki, bizdə həmkarlar ittifaqları müstəqil deyillər və birbaşa dövlətdən sifariş alırlar, eyni zamanda hakimiyyətin də qərarlarını yerinə yetirirlər. Bunu həmkarlar ittifaqının qərarı kimi təqdim eləmək, zatən, öz-özlüyündə saxtakarlıqdır. Eyni zamanda da həmkarlar ittifaqının sədrinin bu qərara vətənpərvərlik donu geyindirməsi çox absurddur. Əslində, siyasi görüş baxımından belə həmkarlar ittifaqının sədri bu tip mövzularda hətta vətənpərvərlik mövzularında belə son anda öz işçilərini qorumalıdır. Belə deyək, fəhlə sinfinin, işçi sinfinin hüquqlarını qorumalıdır".

FOTO: Sosial media

O deyir ki, həmkarlar ittifaqının sədri saxta vətənpərvərliklə məşğuldur: "Halbuki yaxın günlərdə, deyəsən, dünən biz şahid olduq ki, Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat pul ayrılıb. Mərkəzi Bankın yeni binaya ehtiyac yoxdur. Dünyanın ən güclü dövlətlərinın belə mərkəzi bankları sadə, xudmani binalardır. Mərkəzi Banka ayırdığı pulla bütün şəhid və qazi ailələrini ən yüksək səviyyədə təmin etmək olardı. Amma onun əvəzinə mənasız daş yığınına o boyda pul ayırırlar. Əsgərlərə, qazilərə isə könüllü fond yaradıb, yardım edirlər. Belə deyək, bunu hansısa orta dərəcəli bir məmura və ya ortadan da aşağı dərəcəli məmurlara tapşırırlar. Onlar da çıxıb ağızlarına gələni danışırlar".

"Məcburu pul yığmalar korrupsiyaya yol aça bilər"

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, belə olduğu halda, məcburi şəkildə maaşlardan tutulmalar, sadəcə, korrupsiya üçün yeni yol aça bilər: "Müharibə dövründə yardım kampaniyalarında aktiv iştirakçı olmuş və yaxud təşkilatçı olmuş şəxslərlə "YAŞAT" rəhbərliyinin görüşündə biz bu məsələni qaldırmışdıq. "YAŞAT" rəhbərliyi bildirmişdi ki, onlar heç bir halda hansısa dövlət qurumundan və yaxud başqa bir şirkətdə maaşlardan məcburi tutulmanın tərəfdarı deyillər. Bunu heç vaxt tələb etməyiblər. "YAŞAT" da, vətəndaş cəmiyyəti də bunu istəmir". 

FOTO: Sosial media

"Biz düşünürük ki, şəhidlərimiz, qazilərimiz və onların ailələrinin təminatı hər bir şəxsin, hər bir vətəndaşın könüllü ianələrinin hesabına formalaşmalıdır. Yəni bu ölkədə o qədər insan var ki, onlar könüllü şəkildə fondu doldura bilərlər", - Bəxtiyar Hacıyev deyib. 

"Oğurladıqları pulları ölkəyə qaytarsınlar" 

İctimai fəal Rəbiyyə Məmmədova məcburi halda işçinin əməkhaqqından tutulan bir manatın belə oğurluq olduğunu deyir: "İşçinin hüququnun qorumalı olan bir şəxsin işçinin hüquq pozuntusundan danışması bu özü absurddur". 

Onun sözlərinə görə, dövlət özünün görməli olduğu işləri fond adı altında vətəndaşın çiyinlərinə yükləmək istəyir: "Yəni bizdə də bilirsinizdə dövlət anlayışı, ümumiyyətlə hakimiyyət anlayışı ilə assosiasiya olunur. Biləvasitə hakimiyyət özünün üzərinə düşən işləri vətəndaşların çiyinlərinə və işçilərin çiyinlərinə atmağa çalışır ki, özü kənarda qalsın. İlham Əliyev yumruğundan çox danışır. Bir dəfə də o yumruğu özü və ətrafı üçün qaldırsın ki, illərdi vətəndaşların hamısının haqqı olan, oğurladığı pulları ölkəyə geri qaytarıb şəhid və veteranlara kömək eləsinlər. Əməkçinin qəpik quruşundan gözlərini çəksələr, maddi çətinliklərin artdığı vaxtda insanları daha da çətin vəziyyətə salmazlar".

Məzahir Abdurahmanov

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo