15:58, 18 Dekabr 2018 (Çərşənbə axşamı) 633

İctimai iaşə dövriyyəsi artıb

İctimai iaşə dövriyyəsi artıb
2018-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 1 milyard 314,2 milyon manat olub.

Hesabatı Dövlət Statistika Komitəsi yayıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

11 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 7 milyard 944,9 milyon manata çatıb. Hər bir ölkə sakini orta hesabla 809,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 35,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.