Siyasət

IDI seçkilərlə bağlı media monitorinqini açıqladı - ARALIQ HESABAT

24 Yanvar, 2020
779
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçikiləri ilə bağlı media monitorinqinin birinci dövr üçün nəticələri barədə hesabat yayıb.

IDI-nin yaydığı hesabatda, əsasən, kütləvi informasiya vasitələri (KİV), o cümlədən elektron media seçkilərin azad, ədalətli və demokratik keçirilməsində önəmli rol oynadığı vurğulanıb: "Elektron yayım vasitələrindən istifadə edərək informasiya almaq və düşüncə formalaşdırmaq xüsusi yer tutur. Araşdırmalar göstərir ki, insanların informasiya ehtiyacının 94-95%-ni elektron media təmin edir və ya insanlar informasiya ehtiyaclarını qarşılamaq üçün bu vasitələri seçirlər. Oxucu ən xırda tirajlı qəzeti oxumaq üçün müəyyən pul ödəməli olduğu halda, elektron yayım vasitələri olan televiziya və radioların verdiyi, nümayiş etdirdiyi verilişləri, informasiyaları insanlar hər hansı vəsait ödəmədən əldə edə bilir”.

Sənəddə seçki təqviminin ilk 37 (11 dekabr 2019 –16 yanvar 2020-ci il) günlük (təbliğat-təşviqat dövrünə qədər) dövrünə dair monitorinqin nəticələri yer alıb. Bildirilir ki, ümumilikdə 60 günlük dövr üçün monitorinqin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Səsvermə gününədək olan 60 günlük müddətin əvvəlindən monitorinqlərə start verilir. İlkin monitorinq seçkiqabağı təşviqat dönəminin başlanma tarixi olan 17 yanvar 2020-ci ilədək 37 günlük dövr üzrə aparılaraq, nəticələr təqdim edilir.

IDI hesabatda qeyd edib ki, monitorinqin məqsədi növbədənkənar parlament seçkilərinə start anından etibarən, namizədlərin irəli sürülməsi, imza toplanması və qeydə alınması proseslərində, həmçinin təşviqat dönəmində medianın Seçki Məcəlləsində nəzərdə tutulan maarifləndirici, informasiyaverici və təşviqat vasitəsi kimi üzərinə düşən funksiyalara nə qədər bağlı qaldığını müəyyən etmək, habelə tərəflərə yaradılan ədalətli mühit və yuxarıdakı göstəricilər üzrə monitorinqlərin nəticələrini cəmiyyətə təqdim edərək müzakirə imkanı yaratmaqdır.

Monitorinqə televiziyalardan AzTV, İTV və Real TV, media orqanlarından isə rəsmi informasiya agentliyi "Azərtac" (www.azertag.az), Milli Məclisin rəsmi orqanı "Azərbaycan" qəzeti, "Report" İnformasiya Agentliyi , "Turan" İnformasiya Agentliyi, "Meydan" TV, habelə müxalifətə yaxınlığı ilə seçilən "Azadlıq" qəzetinin internet resursu (www.azadliq.info) daxil edilib.

Monitorinqdə rəqəmlər həm saat, dəqiqə və saniyə olaraq, yekunda isə həm də toplam saniyə olaraq verilib.

"Monitorinq edilən 37 gün ərzində "prime-time” vaxt 3 TV üçün (37 gün x 3 tv  x 4 saat ) cəmi 444 saat müddəti əhatə edib. 444 saatlıq "prime-time” vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib”, - deyə hesabatda vurğulanıb.
 
Elmar Əziz


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo