17:18, 16 Sentyabr 2019 (Bazar ertəsi) 63

İdxal 37 faiz artıb

İdxal 37 faiz artıb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31%-dən çox azalıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22 901,835 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. 

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. 

Xarici ticarət dövriyyəsinin 59%-i, yaxud 13 519,907 milyon dolları ixracın, 41%-i, yaxud 9 381,929 milyon dolları isə idxalın payına düşüb.  Son 1 ildə ixracın dəyəri 5%, yaxud 639,963 milyon dollar, idxalın dəyəri isə 36,7%, yaxud 2 518,477 milyon dollar artıb. 

Son nəticədə xarici ticarət dövriyyəsində 1 878,514 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,2% azdır.