17:57, 26 Avqust 2019 (Bazar ertəsi) 160

"İki həftə ərzində binanı bu vəziyyətə saldılar" - VİDEOREPORTAJ

Yasamal rayonu Mirzəağa Əliyev küçəsində yerləşən binanı içində sakinlər olduğu halda sökürlər. Hazırda binada 5 ailə yaşayır və 2 obyekt fəaliyyət göstərir.

Sakinlərin sözlərinə görə söküntü avqustun əvvəlində sənədsiz məcburi köçkünlərin binadan köçürülməsindən sonra başladılıb.

Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyəti bizi 42 saylı Mənzil Kommunal İstismar Sahəsinə yönləndirdi. Sahənin rəisi Samir Mehdiyev binada  söküntü işlərinin getmədiyini və qəzalı vəziyyətdə olduğu üçün sakinlərin köçürüldüyünü bildirdi.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı mövqe almaq mümükün olmayıb.

Hazırladı: Nərgiz Absalamova