12:42, 13 Fevral 2019 (Çərşənbə) 488

İlham Əliyev Beyləqana gedib

İlham Əliyev Beyləqana gedib
Fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev gördükləri işlər haqqında dövlət başçısına məlumat verib.

Prezident İ.Əliyev əvvəlcə Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da dövlət başçısına yolun göstəriciləri barədə məlumat verib.

«Bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14.6 milyon manat ayrılıb. Uzunluğu 20.5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb…», - deyə o qeyd edib.