İlham Əliyev
FOTO: https://president.az
"Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər
veriləcək”.
Bunu Prezident İlham Əliyev yanvarın 15-də Şuşa şəhərində hərbçilərlə
görüşü zamanı deyib.
"Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata
qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ
müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər
vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub”.
İlham Əliyev qeyd edib ki, əlil olmuş hərbçilərin
reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi həllini
tapacaq.
Prezident Şuşaya Füzuli rayonundan keçməklə gedib.
"Qələbə yolu ilə gedirik. Bir daha görürük ki, bu ərazidən,
bu meşələrdən keçmək olduqca böyük qəhrəmanlıq idi", - dövlət başçısı deyib
və əlavə edib:
"Bu yol Qələbə yolu adlandırılır. Çünki bizim qəhrəman əsgər
və zabitlərimiz bu ərazidən keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğalçılardan
azad etmişlər. Ermənilər bizi bu tərəfdən gözləmirdilər. Onların ağlına belə gələ
bilməzdi ki, Azərbaycan Ordusu bu yoldan keçə bilər və yaxınlaşa bilər. Onlar
bizi başqa yerdən gözləyirdilər və orada möhkəm istehkamlar qurmuşdular. Biz isə
həm o istiqamətdə müəyyən manevrlər etmişdik. Amma əsas bizim Şuşaya yol, bax
bu, yoldur. Və ermənilər bir də ayıldılar, gördülər ki, azərbaycanlılar Şuşanın
yaxınlığındadır. Gözlərinə inana bilmədilər. İndi təsəvvür edin bu yol, on
kilometrlərlə ölçülən bu məsafəni, dağlardan, dərələrdən, meşələrdən keçərək qət
etmək böyük qəhrəmanlıqdır. Biz ağır texnikanı gətirə bilməmişdik, bu, mümkün
deyildi. Ancaq yüngül silahlar və qəhrəmanlıq, əsgər, zabitlərimizin fiziki
hazırlığı, mənəvi gücü, iradəsi, Vətən sevgisi bizi bu yollarla-əslində burda
yol yox idi, indi bu yaxınlarda bu yol açıldı - bu ərazidən bizi müqəddəs yerimiz
olan Şuşaya apardı. Cəmi iki ay ərzində mənim göstərişimlə bu yol açıldı və
indi görə bilərsiniz ki, bu sol tərəf bütün qazılan ərazilərdir. Biz Füzulidən,
Xocavənd rayonundan keçərək Şuşaya gedə bilək və gedirik”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə