17:10, 08 Oktyabr 2019 (Çərşənbə axşamı) 1128

İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin etdi

İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin etdi
İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident.az bu barədə məulmat yayıb.

Məlumata görə, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin Prezident Novruz Məmmədovun Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı da sərəncam imzalayıb.