16:06, 12 Aprel 2019 (Cümə) 221

İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin nizamnaməsini təsdiqləyib

Qurumun ilkin nizamnamə fondu 100 min manat müəyyən olunub.

Nizamnaməyə əsasən, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Mərkəzin strukturu prezidentin razılığı ilə təsdiqlənməlidir.

Nazirlər Kabinetinə mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu iki ay müddətində təsdiqləmək həvalə olunub.

Dövlət başçısının 8 fevral 2019-cu il fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək İdarə Heyəti üç üzvdən ibarət olur.

Fevralın 11-də prezident İlham Əliyev Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edib.

Zahid Oruc 1972-ci il fevralın 1-i Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini bitirib. Ana Vətən Partiyasının üzvü, partiya sədrinin müavini olub. 2001-ci ildən Milli Məclisin deputatıdır.