Manşet

Çilidə bir qadının ölümü etirazlara səbəb oldu

25 Noyabr, 2019
1303
"La Mimo” üçün ədalət istənilir.

Çilidəki nümayişlərə qatılıdığı üçün polis tərəfindən tutulan küçə sənətkarı Daniela Karraskonun işgəncə və təcavüzlərə məruz qalaraq qətl edildiyi deyilir.

Bu barədə "Rai" agentliyi məlumat yayıb. 

Xəbərdə deyilir ki, Karraskonun cansız bədəni Çilinin paytaxtı Santiyaqoda bir parkın dəmirlərindən asılı halda tapılıb.

Pantomim sənətkarı 36 yaşlı Daniela küçə performanslarını "La Mimo” adı ilə nümayiş etdirib. 

Cinayət hadisəsindən bir ay keçməsinə baxmayaraq, hələ də hadisəni törədənlər tapılmayıb.

Çili mətbuatının yazdığına görə, ölkədəki mitinqlərin simasına çevrilən küçə sənətçisi son dəfə polis tərəfindən saxlanılıb. 

Səhəri gün isə cansız bədəni parkda aşkar edilib.

Ölkə mediası Karraskonun işgəncə və təcavüzə məruz qaldığını yazır. 

Xalq isə ekspertizanın nəticələrinin ictimaiyyətə açıqlanmasını tələb edir.

Çildə bir qrup feminist vəkil sosial mediada bəyanatla çıxış edib: "Biz özünü feminist adlandıran bir qrup vəkil qadın hüquqları uğrunda mübarizə aparırıq. Daniela Karroskonun ölüm işinin üstünün qapadılmasına icazə verməyəcəyik. "Mimo”nun həyatı oğurlandı və biz bu cinayətinin üstünün açılmasını tələb edirik”.

Santiaqoda Daniela Karraskonun ölümünə görə etirazların davam etdiyi vaxt daha bir qadın -  38 yaşlı jurnalist Albertina Martinez Burqoz da evində ölü tapılıb. 

Onun bədənində şiddət izlərinin olduğu bildirilir. 

Dünyanın bir çox ölkəsində feministər "La Mimo” üçün azadlıq tələb edir.

Bu gün noyabrın 25-i Qadınlara qarşı zorakılıqla bağlı beynəlxalq mübarizə günüdür.

Azərbaycanda oktyabrın 20-də gender aktivistləri "Şiddətə susma" şüarı ilə aksiya keçiriblər. Onlar ölkədə qadınların hüquqlarının pozulduğunu bildiriblər. 

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatda isə belə deyilir: "Dünya boyu hər gün partnyoru və ya ailəsi üzvü tərəfindən 137 qadın öldürülür".

Bu ilin oktyabr ayında Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib. 

Noyabrın 24-də isə daha bir qadın Aysel Fərzalıyeva qardaşı tərəfindən öldürülüb. Rəsmi məlumatda deyilir ki, Babək Fərzalıyev bacısı Aytən Fərzalıyevanı boğazını kəsərək öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Zərifə Novruz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo