11:59, 16 İyul 2019 (Çərşənbə axşamı) 66

İlin ikinci Ay tutulması baş verəcək

İlin ikinci Ay tutulması baş verəcək
Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə deilir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq. 

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 

Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

İlk Ay tutulması 2019-cu ilin  yanvarın 21-də baş verib.