10:53, 03 Yanvar 2019 (Cümə axşamı) 618

İlin ilk rəsmi məzənnələri

İlin ilk rəsmi məzənnələri
2019-cu ilin ilk rəsmi məzənnələri açıqlanıb. 

Mərkəzi Bank yanvarın 3-də ABŞ dollarını yenə 1,7 manata təklif edir. Bu rəsmi kurs 2018-ci il martın 7-dən dəyişmir.

Rusiya rublunun məzənnəsi də sabit qalıb: 0,0245 manat.

Dəyər itirən avroya 1,9323, Gürcüstan larisinə 0,6346, Türkiyə lirəsinə 0,3141 manat qiymət qoyulub.

2015-ci ildə dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb. 2018-ci il martın 7-dən dollar banklara 1,7 manata satılır.