16:55, 11 Yanvar 2019 (Cümə) 473

İllik inflyasiya açıqlandı

İllik inflyasiya açıqlandı
2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2.3 faiz bahalaşıb.

Bu barədə bu gün, yanvarın 11-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda vurğulanıb ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1.7, qeyri-ərzaq mallarının qiymətləri 2.6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 2.7 faiz yüksəlib.

DSK bildirir ki, 2018-ci ilin dekabrında noyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.8 faiz bahalaşıb. Bir ayda ərzaq məhsulları, içkilər və tütün məmulatlarında 1.7, qeyri-ərzaq mallarında 0.2, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 0.1 faiz qiymət artımı qeydə alınıb.