15:20, 22 May 2019 (Çərşənbə) 108

İlqar Məmmədov polisə çağırılma səbəbini açıqladı

İlqar Məmmədov polisə çağırılma səbəbini açıqladı
"İctimai təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nurulla Məmmədxanovla görüşdüm".

Bunu Bakı Şəhər Baş Polis İdarəsindən qayıdan ReAl Partiyasının sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, söhbət 28 Mayla bağlı müəyyən məsələlərdən gedib: "Bilirsiniz ki, bizim Xalq Cümhuriyyətinin ildönümü ilə əlaqəli ənənəvi olaraq Cümhuriyyət abidəsinin önünə gül qoymaqla bağlı qərarımız var. Bununla bağlı müəyyən məsələlər var və bunlar mənim nəzərimə çatdırıldı. İndi bundan sonra biz İdarə Heyətində iclas keçirməliyik və ictimaiyyətə əlavə açıqlama verəcəyik".

Jurnalistin "gül qoyma mərasimi olacaqmı" sualına İ.Məmmədov belə cavab verib: "Bu, şəxsən təkcə mənə aid qərar deyil, İdarə Heyətində verməliyik. O qərar veriləndən sonra ictimaiyyətə əlavə açıqlama veriləcək".

Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov mayın 23-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, saat 14:00-da idarədə olmalıdır.
 
Azadliq.org