Sosial

Çimərlik mövsümü: qiymətlər və şərait... - FOTOLAR

21 İyul, 2018
3267
Artıq bir aydan çoxdur ki, dəniz mövsümünə start verilib. 

İstilərdən qorunmaq, sərinləmək və ya günəşlənmək üçün insanlar adətən bu aylarda çimərliklərə üz tutur. 

Biz də çimərliklərin vəziyyətini öyrənmək üçün "həm ziyarət, həm də ticarət” məqsədi ilə Bakıya daha yaxın olan Şıxov ərazisindəki çimərliklərdən birinə üz tutduq. Əslində, istirahət deyil, daha doğrusu işləmək məqsədi ilə. 

Bu arada qeyd edək ki, kanalizasiya suyu və sənaye tullantıları ilə çirklənmiş olan sahədən başqa bütün çimərliklər ödənişlidir. 

Toplum TV əməkdaşları olaraq elə bizim də ilk üz tutduğumuz məkan həmin ərazidə yerləşən özəl çimərliklərdən biri oldu. 

Səhər saat 10 radələrindən günorta saat 12-yə kimi gördüyümüz mənzərə və apardığımız müşahidələrdən bəlli oldu ki, dövlət çimərliklərinə nisbətən özəl çimərliklərin suyu təmizlənmiş və dayazdır. Lakin olduğumuz müddət ərzində bir çox xoşa gəlməz hallarla rastlaşdıq ki, bunlardan biri çimərlik ərazisi boyunca sənə müşayiət edən müxtəlif qida tullantıları, şüşə butulkalar və sahilə qədər gəlib çıxmış yosunların təmizlənməməsi oldu.

İlk müsahibimiz olan dənizə kənarında istirahət edən orta yaşlı qadın daha çox həmin çimərlikdəki dənizin suyundan gileylənir: "Dənizin suyundan o qədər də razı deyiləm.Suyu yosunludu.Çimərliyə giriş üçün məndən pul tələb edəndə deyirəm ki, dəniz heç kəsin xüsusi mülkiyyəti deyil çimərliyə giriş pulsuz olmalıdır. Həmişə də belə cavablandırırlar ki, "Ay xanım bura baxırlar, təmizlik işləri aparırlar. Necə təmizlik işləri aparırlar ki, keçən dəfə kiçik qızımın ayağına daş batıb. Neçə gündür ki, onu müalicə edirik”.

Pullu çimərliklərdə istirahət edən insanların bir çoxu qoyulan qiymətlərin qənaətbəxş olmamasından narazıdırlar. 

Qeyd edək ki, insanlar çimərliyə giriş üçün adambaşına 2 manat, masadan istifadə üçün 10-15 manat, günəş çarpayısından istifadəyə isə əlavə 2 manat ödəməli olurlar. Onu da deyim ki, bu qiymətlər bizim getdiyimiz çimərlikdə belə qoyulmuşdu. Müxtəlif çimərliklərdə isə qiymətlər fərqli ola bilər. Hətta giriş qiyməti 25-30 manata olan çimərliklər də mövcuddur ki, komfort, əyləncə və şəraitlərinə görə qiymətləri yüksəkdir. Yənu uşaq hovuzları, atraksionlar olan çimərliklər daha bahalıdır. Baxmayaraq ki, həmin hovuzdan və atraksionlardan istifadə etmək üçün də ayrıca ödəniş tələb olunur. Nəysə. Qayıdaq öz çimərliyimizə...

Bizim olduğumuz çimərlikdə istirahət edən şəxslər deyir ki, 0.5 lt-lik adi suyun qiyməti burda 1 manata satılır.


Söhbət etdiyimiz gənc oğlan da bu çimərlikdən razı olmadığını deyir. Təxminən 25-30 yaşlarında olan gənc daha çox Bilgəhdə yerləşən çimərliklərə üstünlük verdiyini bildirir: "İki il bundan qabaq ümumiyyətlə biabırçılıq idi. Suya girib dizlərini dənizə qoyub oturmaq istəyəndə evə getdikdən sonra bədəninə hopmuş nefti salyarka ilə təmizləməli olurdun. Bütün dövlətlərdə olduğu kimi dəniz xalqa açıq olmalıdır. Təəssüflər olsun ki, bizdə belə deyil.  Çimərliyə giriş, duş, masa və günəş çarpayısından istifadə hər biri üçün ödəniş etməli olursan. Əlbəttə, qiymətlər qənaətbəxş deyil”.

Söhbət etdiyimiz insanların bir çoxu çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin mövcudsuzluğundan şikayətlənirlər. Yeri gəlmişkən, bizim orda olduğumuz 2 saat ərzində də biz 1 nəfər də olsun xilasediciyə rast gəlmədik. 

Səkinəxanım Məmmədova
Toplum Tv







Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo