14:24, 09 Sentyabr 2019 (Bazar ertəsi) 46

İmişlidə avtoqəza baş verib - beş nəfər ölüb

İmişlidə avtoqəza baş verib - beş nəfər ölüb
İmişli rayonunda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report” saytının məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Faktla bağlı araşdırma aparılır.