Sosial

İmkansızlıq, iflic doğulmuş körpə və daha iki azyaşlı… - "Bölgədən səslər"

27 Yanvar, 2019
1261
Həyətdəki səssizlik insanı hürküdür. 

Bərdə rayonunun İmamqulubəyli kəndindəki bir sahənin ortasında qurulan evi qamışdan hörülən yarım hasar və külək gücünə yıxılacaq darvaza əhatə edir. 

İlk baxışdan heç evə də oxşamır, elə mənzilin girişi də zülmətə qərq olub. Pəncərəsiz otaqlar, gün işığı dəyməyən divarlar... dəhlizboyu rütubət qoxuyur.

4 nəfərlik yalnızlıq var idi evdə. Ata hənirtisinə susamış 3 cüt göz baxırdı qapıya...

Sonradan öyrənəcəkdik ki, bu uşaqların ikisi məktəblidir. Amma gözləyirlər ki, yaşları 10 olan kimi evə pul gətirsinlər. 

Üçüncünün - sonbeşiyin isə hələ 4 yaşı var. Həyatı düşünmədən, hərəkət etmədən, ağrılarla keçir. Hər xırda yad səsə dəqiqələrcə ağlayır. Anasının qoxusunu duyana qədər sakitləşmir. Gülməyi belə bacarmır, əzələlərini özü idarə edə bilmir, çünki…

Evin sahibəsi Sveta Novruzova heç yerdə işləmir. Ailənin stabil gəlir yeri 160 manatlıq sosial yardımdır. 

O pul isə bir ayda 4 nəfərin qarnını doyurmağa yetmir. Amma ananın əsas dərdi başqadır, körpə Aynişanın müalicə olunmasını, sağalmasını istəyir. 

Dediyinə görə, qızına hamilə olarkən həyat yoldaşının yeməsi üçün əncir yığmağa gedib. Elə əncir ağacından da yıxılıb. Nəticədə körpə iflic doğulub. 

İmkansızlıq, iflic doğulmuş körpə və daha iki azyaşlı… 

Sveta xanımın sözlərinə görə, həyat yoldaşı bunlara dözməyib, onları atıb gedib. Bundan sonra nə maddi, nə də mənəvi dəstək verib onlara. Məhkəmədə boşandıqdan sonra üzünü belə görməyiblər.

Sveta Novruzova deyir ki, əslən Tərtər rayonunun İsmayılbəyli kəndindəndir. Sonradan məcburi köçkün kimi bu kəndə pənah gətiriblər. İndi yaşadıqları bu ev də vaxtilə kolxoz binası olub, onlara sığınacaq kimi verilib. 

Otağın döşəməsi betondandır. Döşəmənn ortasına kiçik xalça salınıb. Tavanda su izləri var. Nəmişlikdən şişib, ikiyə ayrılıb. Divarlar da rütubətdən göbələkləyib. 

Ev sahibəsi deyir ki, evi odun sobası ilə qızdırırlar. Ona görə də qışın şaxtası düşənə qədər sobadan istifadə etmirlər: "Çünki evdə nə odun doğramağa kişi, nə də kəsməyə ağac var. Elektrik sobasını bir neçə gün əvvəl anamgil alıb gətirdi. Onların da imkanları yoxdur. Anam aldığı pensiyanı da mənə sərf edir. Uşaqların ikisi məktəbə gedir. Dəftər-qələmi, üst- başı var. Qızımın dərmanları bir yandan, bezləri bir yandan. Özümün də belimdə yırtıq yaranıb. Çay, çörək pulunu heç demirəm”.

O, dəfələrlə işləməyə cəhd etdiyini, lakin qızına görə evdən çıxa bilmədiyini deyir: "Bacımın övladı olmurdu. Düşündük ki, üçüncü uşaq dünyaya gələndə ona övladlığa verək. Aynişan iflic doğuldu deyə vermədim, özüm saxladım”. 

Uşağın başqa dərdləri də var. Bu barədə danışan ana gözyaşlarını saxlaya bilmir: "Həkimlər ürəyində bir neçə dəlik olduğunu, uzun müddət yaşamayacağını deyirlər. Amma mən ümidimi kəsmirəm, onun böyüməsini istəyirəm, körpə ikən torpağa getməsini yox”.
 
Gülzar N. Məmmədli
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo