Dünya

Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib

6 Dekabr, 2019
471
Çin hökuməti ölkədəki ABŞ diplomatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

"Straits Times” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq oktyabr ayında ABŞ hökumətinin Çin diplomatlarına qarşı məhdudlaşdırıcı tədbir tətbiq etməsinə əks tədbirlər gördüklərinə dair çərşənbə günü ABŞ səfirliyini xəbərdar etdiklərini açıqlayıb.

Belə ki, amerikalı diplomatlar bundan belə yerli rəsmi şəxslərlə hər hansı görüş keçirməzdən 5 iş günü əvvəl bu barədə XİN-ə bildirməlidir.

"Bir daha ABŞ tərəfini buraxdıqları səhvlərini düzəltməyə və münasib qaydalara əməl etməyə çağırırıq”, - deyə XİN rəsmisi brifinq zamanı bildirib.

ABŞ-ın Çindəki səfirliyi məsələni şərh etməyib.

Qeyd edək ki, oktyabr ayında ABŞ hökuməti Çin diplomatlarından amerikalı diplomatlarla, yerli və ya bələdiyyə rəsmilərilə hər hansı görüşləri, koleclərə və tədqiqat mərkəzlərinə səfərləri barədə bəri başdan Dövlət Departamentinə bildirmələrini tələb etmişdi.

İki ölkə arasında diplomatlara dair qarşılıqlı məhdudiyyətlər insan hüquqlarına dair ziddiyyətlərlə bağlı ortaya çıxıb. Belə ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Honkonqdakı etiraz aksiyalarının dəstəklənməsinə dair qanun layihəsini imzalayıb. Ötən gün isə ABŞ-ın Nümayəndələr Palatasında uyğurların və s. müsəlman azlıqlarının hüquqlarının pozulması ilə bağlı çinli rəsmilərə qarşı sanksiya tətbiq etməyi nəzərdə tutan qanun böyük səs çoxluğu ilə qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo