20:29, 30 May 2019 (Cümə axşamı) 119

Çin ABŞ-ı “iqtisadi terror”da günahlandırdı

Çin ABŞ-ı “iqtisadi terror”da  günahlandırdı


/ DÜNYA
Çin hökuməti ABŞ-ı "iqtisadi terror” etməkdə ittiham edib.

Bu barədə jurnalistlərə danışan Çinin xarici işlər naziri Zanq Hanhuyi iqtisadi sanksiyalara qarşı olduqlarını bildirib.

Zanq Hanhuyi deyib ki, onlar iqtisadi müharibəyə qarşıdılar, amma bundan heç də qorxmurlar: "Ticarətlə bağlı müzakirələr zamanı ABŞ hökumətinin bizə qarşı məqsədyönlü şəkildə etdiyi təhrikləri iqtisadi şovinizm və terror olaraq qəbul edirik”. 

Xarici işlər naziri əlavə olaraq iqtisadi savaşın qalibi olmayacağını, hər kəsin məğlub olacağını və nəticədə dünya iqtisadiyyatına mənfi təsir edəcəyini vurğulayıb.

Vüqar Mirzəbəy