15:27, 14 Fevral 2020 (Cümə) 74

Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb

Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb


/ DÜNYA
Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi məlum olub.

APA-nın verdiyi xəbərə görə, bu gün Çinin Maliyyə nazirinin köməkçisi Ou Venxan bildirib ki, koronavirusla mübarizəyə 80,5 milyard yuan (11,5 milyard dollar) məbləğində vəsait ayrılıb.

O qeyd edib ki, epidemiya ilə mübarizədə faktiki xərclər 41 milyard yuan (5,87 milyard dollar) təşkil edib.