FOTO: Xezerxeber.az
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin ABŞ-da baş verən iğtişaşlara münasibət bildirib.
Bu barədə yanvarın 7-də "RİA Novosti" xəbər yayıb.
Çin rəsmisi paytaxtı Vaşinqtonda kütləvi iğtişaşlardan sonra ABŞ-da vəziyyətin tezliklə sabitləşəcəyinə ümid etdiklərini dilə gətirib.
"Biz əminik ki, xüsusilə koronavirus epidemiyası şərtlərində ABŞ sakinləri təhlükəsizlik və dinclik arzusundadırlar, ümid edirik ki, amerikalılar mümkün olduğu qədər tez sülhə, əmin-amanlığa və sabitliyə yiyələnəcəklər", - diplomat qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin ABŞ paytaxtında baş verən hadisələrlə bağlı bəyanatında isə ölkənin seçki sistemi tənqid olunub.
"Vaşinqtonda baş verən hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu dramatik mərhələsindən layiqincə çıxmağı arzulayırıq”, - Rusiya XİN-nin bəyanatında vurğulanıb.
XƏBƏRLƏR