İqtisadiyyat

"İnanmıram ki, viza ilə bağlı dəyişikliklərin hansısa iqtisadi effekti olsun" - Ekspert

19 May, 2019
675
Milli Məclis mayın 17-də "Dövlət rüsumu haqqında” qanuna çoxdəfəlik vizaların verilməsi ilə bağlı dəyişiklik edib.

"Dövlət rüsumu haqqında” qanuna əsasən birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları, çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları, tranzit vizaları üçün - 20 ABŞ dolları müəyyən edilib.

Dəyişiklikləri şərh edən hüquqşunas Səməd Rəhimli Toplum Tv-yə deyib ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli, yəni az və ya çox ola bilər: "Milli Məclis tərəfindən qəbul edilmiş qanun layihəsinə əsasən belə fərq yarandıqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək”.

"Hələ ki bu fərqə əsasən uyğun qiymət müəyyən edəcək mərkəzi icra hakimiyyəti müəyyən edilməyib. Güman ki, bu qurum Xarici İşlər Nazirliyi olacaq”, - deyə hüquqşünas bildirib.

Səməd Rəhimli bu dəyişiklikləri müsbət qiymətləndirib: "Güman etmək olar ki, bu qanun dəyişikliyinin məqsədi Azərbaycan vətəndaşları üçün əlverişli viza qiymətləri müəyyən edən ölkələr, xüsusilə Avropa ölkələri üçün analoji viza şərtlərinin ölkəmizdə yaradılmasına xidmət edir”.

Ekspert Toğrul Maşallıya görə, turistlər Azərbaycana gələrkən əsasən birdəfəlik viza alırlar: "Düzdür, indi hər dəfə Azərbaycana gələrkən viza almaq məcbiriyyətində qalacaqlar. Çünki bir çox ölkə üçün viza rüsumu 350 dollar olaraq qalıb. Amma bizdə elə bir adət də yox idi ki, kimsə Azərbaycana gələndə çoxdəfəlik viza alsın. Yaşamaq üçün gələnlər yaşamaq üçün icazə alırdılar. Bildiyimə görə bu rüsumlar Avropa İttifaqına şamil edilməyib”.

Ekspertə görə, Azərbaycana gələnlərin əksəriyyətinin səyahəti 10, ya da 15 gün çəkir: "Ona görə də inanmıram ki, viza ilə bağlı qanunda dəyişikliyin hansısa iqtisadi effekti olsun. Sadəcə, bu, o deməkdir ki, Azərbaycana gələnlər birdəfəlik gələcəklər. Çoxdəfəlik viza almağa çalışmayacaqlar. Çünki 35 dollar ilə 350 dollar arasında ciddi fərq var. Qeyd olunduğu kimi, bu yalnız Avropaya şamil olunmur. Qalan ölkələrə şamil edilir. Burada mən heç bir problem görmürəm”.

Xarici İşlər Nazirliyindən bildirilib ki, qiymətlər Avropa İttifaqı ilə viza sadələşdirilməsi sazişinin iştirakçı dövlətləri üçün 35 avro, digər ölkələr üçün 350 dollar olaraq təyin edilib.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo