15:40, 17 Fevral 2020 (Bazar ertəsi) 58

Çində 1770 nəfər koronavirusun qurbanı olub

Çində 1770 nəfər koronavirusun qurbanı olub


/ DÜNYA
Çində yeni növ koronavirus qurbanlarının sayı 1770 nəfər təşkil edir, 10,8 mindən çox insan virusdan xilas olunub, pnevmoniyanın başlamasından bəri yoluxanların sayı 70,5 mindən çox olub.

APA xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Bölgələr arasında Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 58,1 mindən çox adam qeydiyyata alınıb, onlardan 1696 nəfəri ölüb, 6639 adam sağalıb.