12:43, 29 Oktyabr 2018 (Bazar ertəsi) 184

İndoneziyada təyyarə qəzası - 188 nəfərin öldüyü deyilir

İndoneziyada təyyarə qəzası - 188 nəfərin öldüyü deyilir


/ DÜNYA
İndoneziyanın "Lion Air" şirkətinə məxsus sərnişin təyyarəsi Sumatra adası yaxınlığında dənizə düşüb. Təyyarədə 180-dən çox sərnişin olub. 

Onların hamısının, eləcə də bütün heyət üzvlərinin öldüyü bildirilir.

"Təyyarənin qəza etdiyi təsdiqlənib”, – Milli Axtarış və Xilasetmə Agentliyinin sözçüsü Yusuf Latif oktyabrın 29-da səhər bildirib.

Flightradar 24 hava xidməti təyyarənin Boeing 737 MAX olduğunu bildirir.

737 MAX Boeig-in müasir, yanacağı qənaətlə işlədən versiyasıdır.

Bu model 2017-ci ildə istifadəyə verilib və bu, ilk qəzası sayılır.

İndoneziyada 17 mindən çox ada var, ərazisini daha çox hava nəqliyyatı bir-birinə bağlayır. Son illər bu ölkədə bir neçə ağır hava nəqliyyatı qəzası qeydə alınıb.