Müsahibə

"İngilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmıram"

6 May, 2017
2295
Azərbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş direktoru postuna namizəd olan Polad Bülbüloğlu bu vəzifəni tutmaq şanslarını şərh edib.

"Report" xəbər verir ki, P.Bülbüloğlu jurnalistlərə açıqlamasında təşkilatın baş katibi vəzifəsinə bütün namizədlərin çox güclü olduğunu bildirib.

"Deyərdim ki, bu həm siyasi, həm də ideya, təklif mübarizəsidir. Geosiyasətin çox böyük əhəmiyyəti var. Hələ qarşıda 5 ay var, görək necə olacaq? Hər halda qələbə üçün çalışacağıq", - diplomat bildirib.

Təşkilatın Parisdə keçirilən iclasında çıxışı zamanı ingilis dili bilikləri barədə tənqidə toxunan P.Bülbüloğlu ingilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmadığını vurğulayıb: 

"Dil məsələsi mübahisəlidir. Çünki həm YUNESKO-da, həm də BMT-də 6 əsas dil var. Onlar arasında rus dili də var ki, onu əla səviyyədə bilirəm. Orada ingilis və fransız dilləri ilə bağlı tələblər səsləndi. Bunun nə dərədəcə qanuni olması barədə danışmaq istəmirəm. Amma ən azından suallara cavab verdim. İngilislər kimi ingilis dilini bilmirəm. Lakin qarşıda hələ 5 ay vaxt var, hazırlaşıram, üstəlik, insan iş mühitinə düşəndə dili də inkişaf edir. YUNESKO-nun bugünkü çətin durumunu nəzərə alsaq, əsas insanın başında olanlar, hansı ideyalar təklif edə biləcəyidir. Bu gün YUNESKO-ya yeni ideyalar, yanaşmalar, islahatlar təklif edə biləcək qətiyyətli insan lazımdır. Mənim isə böhran menecmenti üzrə zəngin təcrübəm var. SSRİ dağılan dövrdə mədəniyyət naziri idim. Bir neçə heç bir maliyyə olmasa da, biz Azərbaycanda heç bir kitabxana, heç bir muzey, heç bir teatr bağlamadıq, bütün infrastrukturu saxladıq".

Diplomat həmçinin onun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin irəli sürülməsinin Ermənistan cəmiyyətində isteriyaya səbəb olması məsələsinə toxunub: "Bakının mərkəzində dövlət tərəfindən bərpa olunmuş erməni kilsəsi var. Orada heç Ermənistanın özündə olmayan erməni dilində 5000-dən çox kitab qorunur. Azərbaycan xristian dünyasına abidələri bərpa etməkdə kömək edir. Belə ölkə məqsədyönlü şəkildə nəyisə dağıda bilər? Bu, qonşularımızın növbəti təbliğat oyunudur. Onlardan başqa şey gözləməyə də dəyməzdi".
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo