10:34, 18 İyun 2019 (Çərşənbə axşamı) 87

Çinin cənub-qərbində 6 bal gücündə zəlzələ olub

Çinin cənub-qərbində 6 bal gücündə zəlzələ olub


/ DÜNYA
Çinin cənub-qərbində güclü zəlzələdə azı 12 nəfər ölüb, 130-dan çox adam yaralanıb.

Bu barədə AzadlıqRadiosu xəbər verib.

6 bal gücündə zəlzələ iyunun 17-də axşam Siçuan vilayətinin Yibin şəhərində baş verib.

Dağılmış evlərdən 4 mindən çox adam çıxarılıb.

Güclü zəlzələdən sonra azı dörd güclü titrəyiş qeydə alınıb.

Bu regionda zəlzələ vaxtaşırı baş verir.

Fevraldakı üç zəlzələyə görə yerli sakinlər səmt qazının çıxarılması üçün istifadə olunan texnologiyanı qınayırdılar. Minlərlə adam etiraza çıxınca yerli hakimiyyət prosesi dayandırdı.