Dünya

Çinin kosmik aparatı Ayın qaranlıq tərəfinə enib

3 Yanvar, 2019
1073
Çinin heyətsiz kosmik aparatı Ayın qaranlıq tərəfinə enib. Bu, kosmosun tədqiqatı sahəsində əhəmiyyətli missiya sayılır.

"Amerikanın Səsi"-nin xəbərinə görə, CCTV və CGTN dövlət televiziyalarının yanvarın 3-də bildirib ki, Chang'e-4 Aya uğurla enib.
 
Çin Ayın qaranlıq tərəfinə obyekt göndərən ilk ölkədir.

Aparat Ayın orbitinə 29-30 dekabr tarixində daxil olub, Ayın səthində 15 kilometrlik məsafə qət edib. Missiya dekabrın 8-də Long March 3B raketi ilə orbitə buraxılıb. Aparatın daşıdığı robot Ayın səthini tədqiq edəcək, eksperimentlər aparacaq.

2013-cü ilin dekabrında Chang’e-3 1976-cı ildən bəri ilk dəfə olaraq Aya enmişdi. Ancaq bir aydan sonra aparatda texniki nasazlıq yaranmışdı.

Birləşmiş Ştatlar, Hindistan, Yaponiya və Rusiya da yaxın gələcəkdə Aya kosmik aparatlar göndərməyi planlaşdırır.

ABŞ 1969-1972-ci illərdə Aya 12 nəfər göndərib. Ancaq Ayın görünməyən tərəfinə missiya gerçəkləşməyib.

Kosmik aparatlar Ayın qaranlıq tərəfinin fotolarını çəkib. Ayın Yerdən görünməyən tərəfi ilə birbaşa kommunikasiya qurmaq çətindir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo