Siyasət

İqtisadçı: "Bizdə yoxsulluq Nigeriyadan qat-qat aşağıdır"

23 May, 2019
652
Mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin müzakirəsi aparılıb.

Deputat Əli Məsimli 2018-ci ilin büdcəsində gəlirlərin və xərclərin bütün bəndlər üzrə təxminən 30 faiz artdığını deyib.

O bildirib ki, neft amilinin üstünlüyü insan amilinin inkişafına yönəldilməlidir. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyilən fikirlə razılaşmayıb. 

Z.Səmədzadə qeyd edib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayırır: "Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur".

İqtisadçı ekspert Toğrul Maşallı Toplum.Tv-yə açıqlamasında Z.Səmədzadənin Azərbaycanı Nigeriya ilə müqayisə etməsinə münasibət bildirib: "Əslinə qalsa, ümumiyyətlə, neft ölkələrinin müqayisəsi düzgün deyil. Burada iki vacib məqam var: Birincisi, Nigeriyanın iqtisadi durumu  tamam başqadır. Orada vaxtilə sənaye də, kənd təsərrüfatı da vardı. Bunlar Nigeriyada əvvəldən yox idi,  nigeriyalılar bu sahələri yarada-yarada gəldilər. İkincisi isə orada dövlət dəstəyi və dövlətin iqtisadiyyatda rolu çox aşağıdır. Azərbaycanda isə vəziyyət başqadır”.

 
 Toğrul Maşallı

Ekspert Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı olmasına toxunaraq rəsmi məlumatların həqiqətəuyğun olmadığını deyib: "Fikrimcə, bizdə yoxsulluq Nigeriyadan aşağıdır. Hətta qat-qat aşağıdır. Amma yenə də rəsmi məlumatda bu barədə heç bir şey yoxdur. Çünki rəsmi məlumat ehtiyac meyarına əsaslanır. Ehtiyac meyarı isə reallıqdan çox uzaq bir rəqəmdir. Azərbaycanda yaşayış minimumu adam başına 180 manatdır. Amma əhalinin ehtiyacları heç 180 manata da çata bilmir. Ona görə yoxsulluq bizdə də yüksəkdir. Yoxsulluğun uçotu barəsində də normal iş aparılmır. Rəqəmlər çox şübhəlidir. Ona görə ki neçə illərdir, eyni rəqəm qalır, dəyişmir. İqtisadiyyatda isə proseslər baş verir, daimi və eyni rəqəm heç vaxt qala bilmir”.

Politoloq Azər Rəşidoğlu isə hər hansı müqayisə aparmaqla yox, ölkədə bir sıra azadlıqları bərpa etməklə inkişafa nail olmağın mümkünlüyünü qeyd edib: "Bu müqayisələrin aparılması, ölkəni hansısa başqa ölkə ilə müqayisə etmək düzgün deyil. Azərbaycanda çox şey lazım deyil. Azad məhkəmə sistemi və monopoliyaları, inhisarları dağıtmaq lazımdır. İnsanlara müxtəlif sferalarda fəaliyyət azadlığı verilməlidir. Məncə, Azərbaycan öz inkişaf yolunu tapacaq. Ölkənin Nigeriya, Somali və Anqola ilə müqayisəsində qüsur və təsbit olunacaq bir hal yoxdur. Bir daha deyirəm: Azərbaycana azad məhkəmə sistemi, monopoliyaları dağıtmaq və insanlara rahat fəaliyyət göstərə bilmələri üçün şərait yaratmaq lazımdır. Qalan məsələlər düşünürəm ki, düzələcək”.
 
 
Azər Rəşidoğlu 

2018-ci ildə büdcənin gəlirləri 20 milyard 127 milyon, xərcləri 21 milyard 47 milyon manat olub.

Bu il isə büdcənin gəlirləri 23 milyard 168 milyon manatdır. Xərcləri də 25 milyard manatdan çoxdur.

Rəsmilərin deməsinə görə, Azərbaycanda yoxsulluq cəmi 5 faizdir. 

Müxalifət və müstəqil ekspertlər isə hesab edirlər ki, statistika düzgün aparılmayıb, reallıqda yoxsullar göstərilən rəqəmdən dəfələrlə yüksəkdir.  

Şəhla Abbas

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo