Siyasət

İqtisadçı: “Bu qurumlar bir tərəfdən dövlətdən yeyirlər, digər tərəfdən istehlakçıdan”

17 İyun, 2019
439
2018-ci ilin dövlət büdcəsinə dair Hesablama Palatasının Rəyi əsasında xülasə hazırlanıb.

Rəydə müzakirələrə səbəb olan statiskalar öz əksini tapıb.

Belə ki, Dövlət Neft Şirkətinin, "Azərsu" ASC və "Azərenerji" ASC-nin 2018-ci ilin dövlət büdcəsinə ödədiyi vergi və digər ödənişlərinin məbləği büdcədən həmin təşkilatlara ayrılan xərclərin məbləğindən az olub.

Məsələn, Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində göstərilib ki, şirkət təkcə 2018-ci ildə dövlət büdcəsinə 1,425 milyard manat vergi ödədiyi halda, büdcədən 1,486 milyard manat vəsait alıb. 

Yəni büdcədən aldığı vəsait ödədiyi vergidən çox olub.

İqdisatçı Toğrul Maşallı ən təəccüblü statistikanın Dövlət Neft Şirkəti ilə bağlı olduğunu deyib: "Çünki "Azərsu” və digər kommunal şirkətlər, onsuz da çox vergi ödəmirlər. Onların dövriyyəsi çox böyük deyil və hamısı dotasiyalı şirkətlərdi. İnfrastrukturları çox böyükdür və yenilənməsi də böyük vəsait tələb edir. Dövlət bu vəsaiti ödəyir. Təəssüflər olsun ki, illərdir vəsait ayrılmasına baxmayaraq, infrastruktur yenilənmir”.
 
Toğrul Maşallı

Ekspert deyir ki, bunlar dövlət şirkətləridir və dövlət ən böyük vəsait akkumulyasiya edən bir institutdur: "Dövlət bu şirkətlərin problemlə üzləşməsinə icazə verə bilməz. Çünki bu iri şirkətlərin birinin problemi artıq ölkənin probleminə çevrilə bilər. Dövlətin köməyi yalnız infrastruktur məsələlərinə görə yox, həm də maliyyə məsələləri ilə bağlıdı. "Azərsu” və "Azərenerji”nin çox böyük borcları var. Onların gəlirləri borcları bağlamağa bəs etmir. Dövlətdə məcbur qalıb onlara kömək edir. Əslində kommunal sahədə bunların edilməsi  çox da problemli görünmür”.

İqtisadçı deyir ki, digər sahələrdə, məsələn, neftlə, hətta "Azərxalça” ilə bağlı dövlət özü nə qədər pul yatırıb, amma onlar normal xalça da sata bilmirlər: "Artıq bu şirkətlər öz yatırımlarını özləri qaytarmalı idi”.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, bu qurumlar adlarını iri vergi ödəyiciləri qoyublar, amma özləri də büdcədən yeyirlər: "Qazın, enerjinin və suyun pulunu almadan istehlakçıya xidmət göstərməyən bu dövlət təşkilatları hələ büdcəyə ödədiklərindən çox alırlar. Yəni bir tərəfdən büdcədən yeyirlər, digər tərəfdən də istahlakçılardan. Sizcə, belə dövlət təşkilatlarını saxlamaya ehtiyac varmı?”

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo