Siyasət

İqtisadçı: "Maaş və pensiyaların artırılması islahat deyil"

21 May, 2019
531
"Azərbaycanda böyük islahatlar aparılıb və aparılacaq". 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

"Report"un verdiyi məlumata görə, dövlət başçısı bildirib ki, ölkəmizdə sənaye istehsalı artır: "Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək".

Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir: "Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir".
 
 
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Toplum.Tv-yə bildirib ki, ölkədə həyata keçirilən sosial dəyişikləri islahat hesab etmək olmaz: "Ümumiyyətlə, biznes sahəsində hələ islahata ehtiyac yoxdur. Azərbaycanda ədalətli məhkəmə sisteminə ehtiyac var. Biznes üçün əsas təməl prinsip budur. Biznes sahəsində atılan addımlar o vaxt öz nəticəsini verər ki, Azərbaycanda  normal rəqabətli mühit və  ədalətli  məhkəmə sistemi olsun. Əgər ədalətli məhkəmə sistemi yaradılmasa, biznes sahəsində heç bir irəliləyişdən danışıla bilməz. Ona görə də bu günə qədər atılan addımları islahat adlandırmaq olmaz. İslahat paralel və hərtərəfli olmalıdır. İdarəetmə, məhkəmə, bank, vergi və gömrük sistemi qanunvericilik cəhətdən dəyişdirilməlidir. Ancaq bundan sonra biznes sahəsində atılan addımlar ciddi nəticə verə bilər".

"Prezident İlham Əliyev son dövrlərdə atılan addımları  islahat hesab edir, amma bunları islahat hesab olunmur. Əhalinin maaşının artırılması, pensiyaların artırılması və  bu kimi addımlar islahat deyil. Bunlar hökumətin gündəlik fəaliyyəti ilə bağlı olan məsələlərdir. İslahat qanunvericilik səviyyəsində, konstitusiya dəyişikləri səviyyəsində  yeni qayda və qanunların qəbul edilməsi ilə olur. İndi islahatlarla bağlı niyyətlər var. bu niyyətlərin qanunvericilik səviyyəsində həyata keçirilməsini gözləyirik. Bu, baş verərsə, ciddi islahatlardan danışmaq olar”, - iqtisadçı bildirib. 
 
 
Vahid Əhmədov

Deputat Vahid Əhmədovun fikrincə, biznes sahəsində şəffaflıq təmin edilmədir: "Azərbaycanda yanvarından 1-dən etibarən bir sıra sərəncamlar imzalanıb, qərarlar qəbul edilib və sosial layihələr həyata keçirilib. Sosial sahələrin  müəyyən hissəsi məsələn, əmək pensiyaların , maaşların artırılması, veteranlarla, əlillərlə və problemli kreditlərlə  bağlı məsələlər  öz müsbət həllini tapıb. Bütün bunlar islahatların başlanıldığını göstərir. Amma düşünürəm ki, hələ dərin islahatlar qabaqdadır. Ümumiyyətlə, islahatlar hərtərəfli olmalı və bütün sahələri əhatə etməlidir. Məhkəmə-hüquq sistemini, media sistemini vı siyasəti əhatə etməlidir ki, nəticələr olsun".

"Biznes sahəsində də müəyyən addımlar atılıb. Amma biznesdə də elə sahələr ki, ora daha çox diqqət ayrılmalıdır. Məsələn, bank sistemi biznes üçün əlçatan olmalıdır. İnsanlar kredit alamaq üçün əziyyət çəkməməli, aşağı faizlə kredit ala bilməlidirlər. Biznes sahəsində şəffalıq təmin etməlidir ki, problem olmasın”, - deputat deyib.

Lalə Tağızadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo