18:24, 16 Oktyabr 2020 (Cümə) 88

İqtisadiyyat Nazirliyi: ”Bəzi fermerlər əkin sahəsindən məhsulunu toplaya bilmir”

İqtisadiyyat Nazirliyi: ”Bəzi fermerlər əkin sahəsindən məhsulunu toplaya bilmir”
"Ermənistan silahlı qüvvələri mülki əhalinin obyektlərini atəşə tutduğundan bəzi fermerlər əkin sahəsindən məhsulunu toplaya bilmirlər. Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib”.

Bu barədə İqtisadiyyat Nazirliyi rəsmi səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Ermənistanın təxribatı nəticəsində 180-ə yaxın sahibkarlıq subyektinə zərər dəyməsi barədə müraciət daxil olub.

Müraciətlərin ilkin təhlili zamanı Ermənistanın təxribatından daha çox Ağdam, Gəncə, Füzuli, Tərtər, Beyləqan, Naftalan, Bərdə, Cəbrayıl (Cocuq Mərcanlı) və Ağcabədi rayonlarında fəaliyyət göstərən sahibkarlara ziyan dəydiyi müəyyənləşdirilib.

"Daha çox heyvandarlıq təsərrüfatları və ticarət obyektləri olmaqla, əkin sahələrinə, ictimai iaşə obyektlərinə zərər dəyib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri mülki əhalinin məskunlaşdığı yaşayış obyektlərini atəşə tutduğundan hazırda bəzi fermerlər əkin sahəsində olan məhsulunu toplaya bilmirlər”, – deyə məlumatda bildirilir.