20:00, 09 İyul 2019 (Çərşənbə axşamı) 134

“İqtisadiyyatda effektivlik azalsa da, Milli Məclisin effektivliyi artır” - Toğrul Maşallı

“İqtisadiyyatda effektivlik azalsa da, Milli Məclisin effektivliyi artır” - Toğrul Maşallı
Azərbaycan Milli Məclisinin iyulun 9-da keçirilən plenar iclası başa çatıb.

İclasda 35 məsələ müzakirə olunub. 

İclasın sonunda Oktay Əsədov qeyd edib ki, hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır: "Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır. Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir”.

Milli Məclisdə 35 məsələnin müzakirəsi isə 56 dəqiqə ərzində başa çatıb. Yəni bir qərar və ya qanun dəyişikliyi üçün orta hesabla 1 dəqiqə 36 saniyə vaxt sərf edilib.

Bir məsələnin müzakirəsi və deputatların çıxış etməsi üçün iclasda 1 dəqiqə 36 saniyə vaxt olub. Başqa bir fakt , Milli Məclis 2015-ci üçün orta olaraq bir iclasda 16,5 qanun (qərar, qanuna dəyişikliyi) qəbul olunurdu.

2018-ci ilin növbədənkənar sessiyasında bu göstərici artıq 29,5 təşkil etdi. 

Bu gün, 9 iyundakı iclasda isə 35 məsələ müzakirə olunub və qəbul olunub.

İqtisadçı Toğrul Maşallının fikrincə, 2019-cu ildə Milli Məclis rekorda getmək niyyətindədir: "İqtisadiyyatda effektivlik azalsa da, Milli Məclisin effektivliyi artır”.

Gündəliyə daxil olan məsələlərin əksəriyyəti 2 və 3-cü oxunuşda qəbul olunub. Qanunlara dəyişiklik layihələri ayrı-ayrılıqda müzakirə edilib, sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

O.Əsədov bildirib ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər: "Təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyir”.

Uğur Fərzəli