Dünya

İran hökuməti etirazçıların öldürdüyünü etiraf edib

4 Dekabr, 2019
398
İran rəsmiləri çərşənbə axşamı ilk dəfə olaraq hüquq müdafiəçilərinin 1979-cu ildə İslam İnqilabından bəri hökumət əleyhinə ən ölümcül iğtişaş adlandırdığı etiraz nümayişləri zamanı təhlükəsizlik qüvvələrinin nümayişçiləri güllələdiyini təsdiq edib.

AmerikanınSəsi-nin məlumatına görə, İranın dövlət televiziyası Birləşmiş Ştatlar prezidenti Donald Trampın "biz burada danışdığımız zaman çox guman ki, İranda minlərlə insan qətlə yetirilir" deməsindən bir neçə saat əvvəl rəqəmləri açıqlamadan etirazçıların öldürüldüyünü etiraf edib.

Noyabrın 15-də hökumətin yanacaq qiymətlərini kəskin şəkildə 300 faiz qaldırmasından sonra başlayan iğtişaşlar sürətlə 100-dən çox şəhər və qəsəbəyə yayılaraq, gənclər və fəhlə sinfindən ibarət nümayişçilərin din xadimlərinin istefasını tələb etməsi ilə siyasi etirazlara çevrildi.

Nümayişlər keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb.

Amnesty International bazar ertəsi açıqladığı bəyanatda təşkilatın rəqəmsal dəqiqləşdirmə şöbəsinin təhlil etdiyi "çox sayda foto və video materialların təhlükəsizlik qüvvələrinin silahsız etirazçılara atəş açdığını" göstərdiyini bildirib.

"Üsyançıların əlində bıçaq və silah var idi. Onlar bəzi bölgələrdə yolları bağlayaraq, insanları girov götürürdü. Təhlükəsizlik qüvvələrinin onlarla qarşı-qarşıya gəlməkdən başqa çarəsi olmayıb...qarşıdurmalarda iğtişaşçılar öldürülüb" - deyə, İranın dövlət televiziyası bildirib.

İran ölənlərin sayı ilə bağlı rəsmin rəqəm göstərməsə də, Amnesty International 1979-cu il ABŞ-ın dəstəklədiyi şahın devrilməsi və şiə ruhanilərin hakimiyyətə gəlməsi ilə nəticələnmiş inqilabdan bəri ən qanlı bu nümayişlərdə azı 208 etirazçının öldürüldüyünü bildirib.

İranın Ədliyyə Nazirliyinin sözçüsü şərşənbə axşamı "düşmən qrupların" ölənlərin sayı ilə bağlı göstərdiyi rəqəmlərin yalan olduğunu deyib.

Tehran rəsmiləri iğtişaşlar zamanı bir həftə internet bağlantısını bloklayaraq, ölkə daxilində baş verənlər haqda video və məlumatların sosial mediada paylaşılmasına mane olub.

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi "çox təhlükəli bir sui-qəsd" əməli olaraq xarakterizə etdiyi iğtişaşlara görə Birləşmiş Ştatları və onun müttəfiqlərini günahlandırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo