16:09, 20 Noyabr 2019 (Çərşənbə) 52

İran Prezidenti ölkədəki iğtişaşlara qalib gəldiklərini bəyan edib

İran Prezidenti ölkədəki iğtişaşlara qalib gəldiklərini bəyan edib


/ DÜNYA
"İran hökuməti Nazirlər Kabinetinin yanacağın qiymətlərinin qaldırılması barədə qərarından sonra ölkədə baş vermiş iğtişaşlar üzərində qələbə qazanıb".

Qətərin "Al Jazeera” telekanalının verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani bəyan edib.

O, İran hökumətinin əcnəbilərin qızışdırdığı iğtişaşlara qalıb gəldiyini vurğulayıb. Ruhani qeyd edib ki, iranlılar hazırda ölkədə iqtisadi problemlər müşahidə olunmasına baxmayaraq, son günlərin çətinliklərini arxada qoymağı bacarıblar.

İran Prezidenti ölkəsində baş verənlərdə ABŞ-ı və bəzi region ölkələrini ittiham edib.

Bununla belə, H. Ruhani bildirib ki, İran xalqı düşmənlərin yanacağın qiymətinin artması ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdən istifadə etməsinə imkan verməyib.  

O, həmçinin vurğulayıb ki, yanacağın qiymətinin qaldırılması özünü təmin etməyə və sosial ədalətə nail olunmasına yönəlib.