19:04, 19 İyun 2019 (Çərşənbə) 87

İran turistləri artırmaq üçün bu yolu yoxlayacaq

İran turistləri artırmaq üçün bu yolu yoxlayacaq


/ DÜNYA
Turistlər bundan sonra pasportlarına möhür vurulmadan və qeyd olunmadan İrana səfər edə biləcəklər.

Bu barədə "Anadolu Agentliyi" xəbər verib.

Xəbərdə deyilir ki, bu barədə İran dövlətinin sözçüsü Əli Rəbii açıqlama verib.

Onun sözlərinə görə, prezident Həsən Ruhani bu barədə xüsusi göstəriş verib.

Məqsəd İrana gələn turistlərin ABŞ-ın sanksiyalarına görə problemlə üzləşməyinin qarşısını almaq və bu yolla turistlərin sayını artırmaqdır.

Pasportlara möhür vurulmaması ilə bağlı qayda qısa müddət ərzində ölkədəki bütün hava limanlarında tətbiq ediləcək.
 
Mikroskopmedia.com