11:21, 26 Mart 2020 (Cümə axşamı) 102

İran-Türkiyə sərhədində zəlzələ olub

İran-Türkiyə sərhədində zəlzələ olub
İran-Türkiyə sərhədində, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4,4 bal gücündə zəlzələ olub.

APA-nın verdiyi xəbərə görə, zəlzələ 7 km dərinlikdə qeydə alınıb. 

Qeyd edək ki, ötən ay həmin bölgədə baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van şəhərinin bir neçə kəndində 9 nəfər ölüb, 54 nəfər xəsarət alıb.